Təyyarə qəzasında qəlpə yarası alanlar olub? – Nazirdən açıqlama

Səhiyyə naziri Teymur Musayev təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, səhiyyə naziri “Yeni Klinika”ya yerləşdirilən yaralıların xəsarətlərinin əsasən travmatik olduğunu deyib:

“Onların hansı səbəbdən xəsarət aldıqlarını – qəlpə, güllə yarası aldıqlarını konkret olaraq deyə bilmərik”, – deyə T.Musayev bildirib.