Reklam: High Technic
hightechnic

Təyyarə qəzasında sağ qalanların olduğu bildirilir - VİDEO

Kubada baş verən təyyarə qəzasında sağ qalanların olduğuna dair məlumat yayılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, 3 sərnişinin qəzadan sağ çıxdığı iddia olunur. Lakin onların durumu kritikdir və təcili xəstəxanaya çatdırılıblar.

Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

Qeyd edək ki, Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb. Havanadan Olgin şəhərinə uçan təyyarə Havanada havaya qalxdıqdan cəmi bir neçə dəqiqə sonra yerə düşüb. Təyyarənin göyərtəsində 107 nəfər (104 sərnişin, 3 ekipaj üzvü) olub. İlkin məlumatlarda onların hamısının həlak olduğu bildirilirdi.

www.yenicag.az

743