Təyyarə qəzasında yaralanan ruslarla bağlı AÇIQLAMA

Aktau yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan 6 rusiyalının səhhəti yaxşılaşdığı üçün xəstəxanalardan buraxılıb. 

Yenicag.az xəbər verir ki, bunu Rusiya Federasiyası səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov TASS-a açıqlayıb.

Onun sözlərinə görə, üç nəfər Moskvada xəstəxanalarda və federal mərkəzlərdə müalicə olunur: “Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğraması nəticəsində xəsarət alan üç rusiyalı federal mərkəzlərdə və Moskva xəstəxanalarında müalicə alırlar, onların vəziyyətini müsbət proqnozla orta ağır kimi qiymətləndirirlər”.