Təyyarə qəzaya uğradı – 8 hərbçi öldü

Kolumbiyada hərbi təyyarə “Cessna” qəzaya uğrayıb.

Yeniçağ.az El Tiempo-ya istinadən xəbər verir ki, Fakatativ şəhəri yaxınlığında baş verən qəza nəticəsində 8 nəfər hərbçi həlak olub.

İlkin ehtimala görə, təyyarənin qəzaya uğramasına səbəb telekomunikasiya antenasına ilişməsi olub.

Kolumbiya prezidenti Xuan Manuel Santos baş verən hadisəylə bağlı başsağlığı verib.

Yeniçağ.az