Türkiyədə təyyarə qəzaya uğradı – Ölən var – VİDEO

Türkiyənin Adıyaman əyalətində Qaziantep Universitetinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu gün səhər 08:30da baş verən hadisə nəticəsində kusant pilot həlak olub.

Bildirilib ki, hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım heyəti cəlb edilib.

Qəzanın baş vermə səbəbi araşdırılır.