Təyyarə qəzaya uğradı: ölənlər var

BƏƏ-nin şimalında yerləşən Ras-əl-Hayma əmirliyində göyərtəsində xilasedicilərin olduğu helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, Cebel Cays dağında qəzaya uğrayan “AgustaWestland AW139” helikopterinin heyəti hadisə yerində həlak olub.

Bildirilir ki, göyərtədə olan xilasedicilər xilasetmə əməliyyatını həyata keçirirmişlər. Qəzanın səbəbi araşdırılır./Trend/