Təyyarə qəzaya uğradı – Ölənlər var

ABŞ-ın Florida ştatında yerləşən Hərbi Hava Qüvvələrinin bazasında ikimühərrikli yüngül “Beechcraft B60” tipli təyyarə qəzaya uğrayıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həyatını itirib.

Təyyarə Ohayo ştatından uçub və ştatın şimal-qərbində yerləşən Eqlin bazasına düşüb.

İlkin məlumata əsasən, qəzaya səbəb güclü yağış və pis görüntü olub.