!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb yandı - İki pilot... - VİDEO

!Reklam – Yazi

ABŞ-ın Ohayo ştatında yük təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 3-də (Bakı vaxtı ilə saat 11:00) baş verib.

Toledo şəhərinin hava limanı yaxınlığında avtomobil ehtiyat hissələri aparan təyyarə yerə düşdükdən sonra tamamilə yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüb.

Təyyarədə olan iki pilotun isə taleyi məlum deyil, axtarışları aparılır.

Hava limanının təhlükəsizlik əməkdaşlarının bildirdiyinə görə, qəzadan əvvəl onlar təyyarə ekipajından qəza siqnalı almayıb.

 

www.yenicag.az

1717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv