Təyyarə supermarketin üzərinə düşdü – Ölənlər var

Meksikanın Morelos əyalətində yerləşən Temixco şəhərində ikimühərrikli “Beecraft King Air 90” kiçik təyyarəsi supermarketin üzərinə düşüb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəzaya uğrayan təyyarənin qalıqları birmərtəbəli tikili olan supermarketin divarını aşaraq içəri keçib. Hadisənin baş vermə səbəbi araşdırılır.