ABŞ-ın Kaliforniya ştatının Santi şəhərində lisey düşərgəsinin yaxınlığındakı əraziyə yüngül motorlu təyyarə düşüb.
Yenicag.az CNN-ə istinadən xəbər verir ki, təyyarə yaşayış evinin üzərinə düşüb.
Qəza nəticəsində azı iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Qəzadan sonra iki binada yanğın başlayıb. 10 evin elektrik enerjisi kəsilib.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.