Təyyarə yaşayış massivinə düşdü – 3 nəfər öldü

img1863932Yaponiyanın paytaxtı Tokioda təyyarə qəzası baş verib.

Yenicag.az xəbər verir ki, kiçik həcmli təyyarə yaşayış massivinə düşüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü yaralanıb.

Qəzadan sonra təyyarə yanmağa başlayıb. Nəticədə də yaşayış evləri və yaxınlıqdakı avtomobillər ziyan görüb. İlkin məlumatlara görə, hava gəmisinin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.