Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Təyyarədə insident: Pilotlar əlbəyaxa oldu

Uçuş vaxtı kapitan pilot və köməkçi pilot arasında mühabisə düşüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq Hava Yollarına aid olan təyyarədə insident olub. Belə ki, Məşhəd-Bağdat xətti ilə uçan sərnişin təyyarəsinin pilotları əlbəyaxa olublar. Onlar sərnişinlərin təhlükəsizliyini düşünmədən idarəetməni buraxaraq bir-birlərini yumruqlayıblar.

İraq Nəqliyyat Nazirliyi onların hər ikisinin lizensiyasının ləğv edildiyini açıqlayıb. Belə ki, kapitan pilot Raad Məhəmməd Yaqub təqaüdə göndərilib, köməkçi pilot Əli Əhməd Saleh Tivəciri isə işindən azad edilib.

Qeyd edək ki, hadisə vaxtı təyyarədə 157 sərnişin olub. Pilotların yemək üstündə dalaşdıqları bildirilib.

www.yenicag.az

628
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS