Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Təyyarədən atılan tullantılar hesablanacaq - YENİLİK

İqlimlə bağlı problemlərin insanların həyatına təsiri gücləndikcə istehlakçılar ətraf mühitə öz təsirlərini daha çox dərk edirlər.

“Flygskam” və ya “uçuş rüsvayçılığı” – son vaxtlar İsveç kütləvi informasiya vasitələrində işıqlandırılan bu neologizm aviasiyadan istifadənin ekoloji nəticələrinin dərk olunmasının artmasını əks etdirir. Hazırda İsveçin Çalmers Texnologiya Universitetindən olan tədqiqatçılar istehlakçılara səyahətlərin müxtəlif variantlarının nəticələrini dəyərləndirməyə imkan verən vasitə təqdim edirlər.

“Travel & Climate” adlanan yeni veb-saytı hər səyahət üçün müxtəlif rejimlərdə tullantıları ani və sadə hesablamağa imkan verir. Bu vasitənin İsveç variantı artıq bir ilə yaxındır ki, mövcuddur, ölkənin iri KİV-lərində işıqlandırılır. Bu vasitənin əmələ gəldiyi andan 50 min nəfərdən çox unikal ziyarətçisi var. İngilisdilli versiyanın buraxılması ilə “klimatsmartsemester.se” saytı da əlavə məlumatlar və yeni dizayn tətbiq edilməklə yenilənib. Sayt Yorgen Larssonun və onun Çalmers Texnologiya Universitetindən olan İsveç istehlakçılarının vərdişlərinin iqlimə təsirini öyrənən qrupunun tədqiqatları əsasında yaradılıb.

“Yorgen Larsson deyib: “Tədqiqatlarımız göstərdi ki, İsveçdə aviasiya sahəsi hər bir vətəndaşa 1 tona yaxın ekvivalentdə karbon qazının düşməsinə gətirib çıxarır. Bu, dünya üzrə orta göstəricidən təxminən 5 dəfə yüksəkdir və təqribən İsveçdə avtomobil istifadəsindən atmosferə buraxılan karbon qazı tullantılarının həcminə bərabərdir”.

Hava nəqliyyatı tullantılarının davam edən artımı qlobal istiləşməni iki dərəcədən aşağı səviyyədə saxlamaq barədə Paris sazişinin müddəalarına təhlükə yaradır. Yorgen Larsson ümid edir ki, yeni vasitə gələcəkdə uçuşların çox zərərli nəticələri barədə məlumatların yayılmasına və onların azaldılmasına yardımçı olacaq./Azərtac/

www.yenicag.az

5147