Avstraliyanın Melburn şəhəri yaxınlığında iki təyyarə toqquşub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yüngül mühərrikli təyyarələr təlim keçən zaman toqquşmaları nəticəsində 4 nəfər həlak olub.
Toqquşma 120 metr hündürlükdə baş verib. Həyəcan siqnalı alandan sonra hadisə yerinə gələn xilasedicilər ekipaj üzvlərini xilas edə bilməyiblər.
Qəzada həlak olanların şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb.