Təyyarəni qaçıran şəxsin fotosu – Video – Yenilənib

4215568dfgvEgyptAir aviaşirkətinə məxsusu sərnişin təyyarəsini qaçıraraq Kiprdə məcburən yerə endirən misirli İbrahim Samahın fotosu yayılıb.

Misir təyyarəsini qaçıran İbrahim Samah Kiprdə siyasi sığınacaq istəyib. Onun digər tələbləri barədə hələ məlumat yoxdur.

А-320 təyyarəsini qaçıran İbrahim Samahla danışıqlar nəticəsində 5 xarici vətəndaş və ekipaj üzvləri istisna olmaqla qalan bütün sərnişinlər azad edilib.

***

Misirə məxsus A-320 təyyarəsini qaçıran şəxsin İbrahim Samaha olmadığı məlum olub.

Misir hakimiyyəti professor İbrahim Samahadan üzr istəyib. Dəqiqləşdirilmiş məlumata əsasən, təyyarəni Seyf ad-Din Mustafa qaçırıb.

Xatırladaq ki, bu gün Misirə məxsus A-320 təyyarəsi qaçırılıb. Təyyarəni qaçıran şəxs pilotu Kiprdə eniş etməyə məcbur edib. Təyyarəni qaçıran şəxsin İbrahim Samaha olduğu bildirilirdi. Həmin şəxs hələki heç bir aydın tələb irəli sürməyib. Hadisənin səbəbləri araşdırılır.

İşte uçağı kaçıran Mısırlı