Təyyarənin göyərtəsindən yarım tonadək kokain çıxdı

Böyük Britaniyanın Farnboro hava limanında şəxsi təyyarənin göyərtəsində 500 kiloqrammadək kokain aşkarlanıb.

Yenicag.az xəbər verir ki, dəyəri 50 milyon funt sterlinq olan narkotiklər Kolumbiyanın paytaxtı Boqotadan gətirilib. Lakin Böyük Britaniyanın Sərhəd Xidmətinin əməkdaşları bu cinayətin üstünü vaxtında aça biliblər.

Sərhədçilər təyyarədə olan sərnişinləri də saxlayıblar. Onların arasında Böyük Britaniya, İspaniya və İtaliya vətəndaşları da var. Hava gəmisinin ekipaj üzvləri dindirildikdən sonra sərbəst buraxılıb.

COP29