İndoneziyanın Yava adasının qərb sahillərində dənizə düşmüş “Boeing 737” sərnişin təyyarəsində sağ qalan aşkarlanmayıb.
Yenicag.az xarici ediaya istinadən xəbər verir ki, xilasedicilər təyyarənin qəzaya uğradığı yerdən 10 nəfərin, o cümlədən körpə meyitini aşkar ediblər.
Göyərtədə olanların bədənlərinin hissələri ilə dolu 14 kisə sahilə gətirilib.
Xatırladaq ki, bazar ertəsi səhər İndoneziyanın Yava adası sahillərində qəzaya uğramış “Lion Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 188 nəfər olub. Sərnişin təyyarəsi havaya qalxdıqdan 13 dəqiqə sonra radarlardan itib.