Təyyarənin vurulmasına görə 10 hərbçi cəzalandırıldı

İran məhkəməsi 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarının (UİA) vurulmuş “Boeing” 737-800 təyyarəsi ilə bağlı yekun qərarını verib.

Yenicag.az “Təsnim”ə istinadla xəbər verir ki, qəzaya görə məsuliyyət daşıyan 10 10 hərbçi barəsində təqsirli hökm çıxarıb. “Tor M-1” zenit-raket kompleksinin ekipaj komandiri 13 il müddətinə azadlıqdan məhrum edilib, 9 nəfər 1,5 ildən 3 ilə qədər həbs cəzası alıb. Məhkəmə qərarına əsasən, onlar həlak olanların ailələrinə hər ölənə görə 150 ​​min dollar məbləğində təzminat ödəməlidirlər.

UIA-nın PS752 reysi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında Əfqanıstan, İngiltərə, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları var. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan “Boinq”i səhvən vurduqlarını və təyyarəni düşmən hədəfi ilə səhv saldıqlarını açıqladılar.

COP29