Professor dr. İbrahim Saraçoğlu diqqətsizlik və əsəb problemlərinin səbəbləri barədə danışıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, tanınmış həkim tez əsəbiləşməyin ən böyük səbəbinin çörək olduğunu söyləyib və bu problemlə üzləşənlərə çörəkdən imtina etməyi məsləhət görüb. Saraçoğlunun sözlərinə görə, diqqətsizlik və əsəb problemini aradan qaldırmağın ən yaxşı yolu isə gündə bir stəkan kök suyu içməkdir.
“Sağlam həyat və bitkilər” adlı seminarda çıxış edən professor, həmçinin, qadınlara sağlam və gözəl olmağın sirlərini açıb. O, sızanaqlar üçün soğan, dəridəki məsamələrin aradan qaldırılması üçün qarğıdalı, bədəndəki toksinləri azaltmaq üçün albalı saplağı çayını, selüliti olanlara isə bol su içməyi məsləhət görüb.