!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tez-tez müşahidə edilən ürəkbulanma - Hansı xəstəliklərdən xəbər verir?

!Reklam – Yazi

Çox rast gəlinən bu simptom artıq əvvəlki kimi təkcə hamiləlik və ya zəhərlənmənin əlaməti deyil. İndi ürəkbulanmaların səbəbi və mənbəyi də fərqlidir.

Yenicag.az medicina.az-a istinadən xəbər verir ki, tez-tez, hər gün baş verən ürək bulanmasının nədən xəbər verdiyini təqdim edir.

– Mədə-bağırsaq traktında – qastrit, kolit, xora, enterokolit, mədə və 12 barmaq bağırsağın iltihabi xəstəlikləri səbəbindən ürəkbulanma ola bilər. Xüsusən səhərlər və çox müddət ac qaldıqda, istiotlu, acı qidalar yedikdə
– Ağır, quru və qızardılmış yeməklərdən sonra ürəkbulanma – öd və öd yollarının problemi, öd durğunluğu, mədəaltı vəz pankreatiti və xoralar

– Hipertonik kriz – arterial təzyiq qalxanda ürəkbulanma və qusma olur

– Səhər tezdən qalxan kimi ürəkbulanma öd durğunluğu, öd şirəsinin mədəyə axması zamanı olur

– Baş ağrısı ilə yanaşı ürəkbulanma – miqren və klaster baş ağrılarında, kəllə beyin travmaları, şişləri və xəstəliklərində olur

– Ciddi ürəkbulanma, baş gicəllənmə, başağrısı beynin iltihabi xəstəliyi olan qorxulu meningitin əlaməti ola bilər

– Ürəkbulanma beyin qan dövranı pozulması, insult əlaməti də olur.

– Bədənin və qaraciyərin intoksikasiyası zamanı da ürəkbulanma olur

– Eləcə də virus xəstəlikləri, rotavirus, bağırsaq qripində qusma, ishal yol yoldaşıdır.

www.yenicag.az

1266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv