!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tezdən oyanmaq insanları ölümə sürükləyir" - Alimdən sensasiyalı açıqlama

!Reklam – Yazi

Oksford Universitetinin Yuxu İnstitutunun professoru, neytobiloloq Pol Kelli bu günlərdə qəribə açıqlama ilə çıxış edib.

O, dərs və iş vaxtının tez başlaması insanlarda stress, depressiya oyatmaqla yanaşı müxtəlif xəstəliklərə səbəb olduğunu bildirib.

Britaniyanın Bradford elm festivalında çıxış edən alim qeyd edib:

“İnsan ürəyi və qara ciyəri öz qanunlarına əsasən çalışır. Siz isə onları hər gün 2-3 saat tələsdirirsiniz. Orqanizmin bioritmini dəyişib vaxtından tez oyanmaq yanlış həyat tərzidir. Bizim orqanizmimiz öz fəaliyyətini Günəşə uyğun təmin edir. Siz isə bədəninizi süni şəkildə oyadaraq özünüzə ən böyük pislik etmiş olursunuz. İstənilən sahənin işçiləri səhər saat 10-dan tez işə gəlməməlidir. Cəmiyyətimizin, hətta planetimizin çağdaş insanı yuxusuzluqdan əziyyət çəkir. Ona görə də emosional vəziyyəti ürək açan deyil, bir sıra xəstəliklərdən əziyyət çəkir”.

Professor bu sistemin xüsusən də məktəblərdə qorunmasının vacib olduğunu bildirib:

“Gələcəyimizi şikəst etməmək üçün dərslər saat 10-dan sonra başlamalıdır”.

Məlumata görə, professorun bu nitqindən sonra Britaniyanın bir neçə məktəblərində dərslər saat 10-da başlayıb və şagirdlərin məhsuldarlığının kifayət qədər artdığı müşahidə olunub. Müəllimlər də sinif otaqlarındakı şagirdlərin yuxulu yox daha enerjili və xoşbəxt olduqlarını qeyd edib.

www.yenicag.az

2502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv