!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Təzə Pir"də Aşura mərasimləri keçirildi - VİDEO

!Reklam – Yazi

Bu gün Məhərrəm ayının 10-cu-Aşura günüdür.

Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

Yenicag.az saytının əməkdaşları da bu gün Aşura mərasimini izləyiblər.

Təzə Pir məscidində bu gün ilə əlaqədar dini mərasimlər keçirilib. Hər il olduğu kimi məsciddə çox sayda dindar toplaşıb. Onlar mərsiyə deyərək, sinələrinə döyüb, bununla da Kərbəla müsibətini yaşamış İmam Hüseyn külfətinə şərik olduqlarını vurğulayıblar.

Qeyd edək ki, böyüklərlə yanaşı kiçiklər də dini mərasimdə iştirak ediblər.

Əraziyə təhlükəsizlik tədbirləri məqsədiylə polis əməkdaşları cəlb olunub.

www.yenicag.az

3443
Ads
www.veteninfo.com
!Reklam – Arxiv