Tezliklə ATV kanalında ustaMIZ sizin görüşünüzə gəlir – VİDEO

ATV də ustaMIZ başlayır.

Yenicag.az xəbər verir ki, yeni mövsümə möhtəşəm dəyişikliklərlə start verən ATV telekanalı daha bir proqramın anonsunu izləyiciləri ilə bölüşüb.

Proqramın məqsədi vətəndaşları əmlak və təmir-tikinti məsələləri ilə bağlı maarifləndirmək, onların daşınmaz əmlakla (torpaq, fərdi ev, mənzil və s.) bağlı problemlərinin qanuni həlli yollarını göstərmək olacaq.

Proqramda maraqlı müzakirələrlə yanaşı maarifləndirici rubrikalar və vətəndaş müraciətləri yer alacaq.