!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tezliklə Milli Şuraya cavab verəcəyik" - ReAL seçim qarşısında

!Reklam – Yazi

Aprel ayının 11-də ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Ölkənin əsas müxalifət partiyaları prezident seçkilərini boykot edib. Milli Şura seçkiyə qatılmayan Müsavat partiyasına və ReAL Hərəkatına birgə mitinqlər keçirilməsi barədə təklif edib. Müsavat Partiyası bu təklifi müsbət qarşılayacağını bildirib.

ReAL hərəkatının Milli Şuranın təklifinə hansı cavab verəcəyini isə Hərəkatın icra katibi Natiq Cəfərli Yenicag.az-da cavablandırıb:

Natiq Cəfərli

“Milli Şuranın təklifini müzakirə edəcəyik. Bunun mənfi və müsbət tərəflərini, mitinqlərin indiki seçkilər dönəmində hakimiyyət üçün hansı arqumentlərin yaranmasına səbəb ola biləcəyini götür-qoy edib, ciddi şəkildə müzakirə edəcəyik. ReAL hərəkatının gec qərarlar verməsinin obyektiv səbəbləri də var, bu, İlqar Məmmədovun həbsdə olması ilə əlaqədardır. Ona hər an əl çatmır ki, məsləhətləşmələr apara bilək. ReAL hərəkatının idarə heyətindəki müzakirələrin nəticəsini biz ona göndərəcəyik. İlqar Məmmədovun da fikrini öyrəndikdən sonra rəsmi qərarımızı elan edəcəyik. ReAL yaranandan sonra hər zaman kollektiv qərar vermişik, bizdə sədrin də bir səsi var. Çox ciddi müzakirələr olacaq. İlkin olaraq, Cəmil Həsənliyə təşəkkür edirəm ki, bizə müraciət ünvanlayıb və o müraciət mütləq dəyərləndiriləcək”.

Milli Şuranın müraciətinə nə zaman cavab veriləcəyinə gəldikdə isə Natiq Cəfərli bildirdi ki, bu həftənin sonuna qədər cavablarını açıqlayacaqlar:

“İlqar Məmmədovun bu təklifdən hələ xəbəri yoxdur. Məsələni ona çatdıracağıq. Onun da fikrini öyrəndikdən sonra mətbuat vasitəsi ilə Milli Şuranın təklifinə bu həftə sonuna qədər cavab verəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

3190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv