“Tezliklə Odessa azad olacaq” – Zaxarova

Tezliklə Odessa “Banderanın boyunduruğundan” azad olacaq və 2014-cü ildə Həmkarlar İttifaqları Evində baş vermiş faciənin təşkilatçıları layiqli cəzalarını alacaqlar.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova Həmkarlar İttifaqları Evində baş verən yanğının 10-cu ildönümü ilə bağlı şərhində deyib: “Əminik ki, müasir Banderaitlərin boyunduruğundan atılan Odessanın yenidən həqiqətən azad şəhərə çevriləcəyi gün uzaqda deyil”.

Diplomatın sözlərinə görə, 2014-cü ilin mayında baş verənlərin günahkarları ədalətli şəkildə cəzalandırılacaqlar./unikal

COP29