“Tezliklə sülh sazişi imzalanacaq, Qarabağın adı ümumiyyətlə yoxdur” – Oskanyan

“Tezliklə sülh sazişi imzalanacaq, Qarabağın adı ümumiyyətlə yoxdur”.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook səhifəsində videomüraciətində bildirib.

O bildirib ki, bu gün masanın üstündə sülh sazişi var və kifayət qədər imzalanmağa yaxındır.

“Əvvəllər bu sənəddə, səhv etmirəmsə, Qarabağ xalqının hüquq və müstəqilliyindən bəhs edən 9-cu bənd var idi. Bu gün bu bənd bu sazişdən çıxarılıb, mövcud deyil, heç bir qeyd yoxdur. Ümumiyyətlə,  müqavilə belə məzmunda imzalansa, o zaman Qarabağ səhifəsini bağlayacağıq.

Qarabağı unutmaq keçmişi, tariximizi, bütün mədəni irsimizi unutmaq deməkdir. Qarabağı unuda bilmərik. Erməni xalqından Qarabağı unutmağı tələb etmək sadəcə mümkün deyil”, – o deyib.

Xuraman Etibarlı

 

COP29