Təzyiq ölçmək üçün yeni METOD: Artıq bunu səslə etmək mümkün olacaq

Kanadada əsaslanan süni intellekt əsaslı təzyiq ölçmə mobil tətbiqi yaradılıb.

Yenicag.az xəbər verir ki, Kanadanın “Klick Labs” şirkəti tərəfindən yaradılan proqramın əsas özəlliyi insan səsindən təzyiqi ölçə bilməsidir.

Proqramın yaradılması üçün 2 həftə ərzində 245 nəfər gündə 6 dəfə səslərini proqrama yükləyib. Proqram isə onların səs pərdəsindəki dəyişikliklərdən təzyiqlərini ölçüb.

Mobil tətbiq qadınlarda 84 faiz, kişilərdə isə 77 faiz təzyiqi doğru ölçüb.

COP29