Amerika Ürək Assosiasiyasının ekspertləri sübut edir ki, yüksək təzyiqi dərmansız da salmaq mümkündür.
Yenicag.az Saglamolun-a istinadla xəbər verir ki, ekspertlərin fikrinə görə, pomidor şirəsinin gündəlik istehlakı təzyiqi əhəmiyətli dərəcədə salmağa kömək edir və həmçinin hipertoniyaya irsi meylli olan insanlarda bu ağır xəstəliyin inkişafı riskini azaldır.
Bunun bir neçə səbəbi var:
1. Pomidor kaliumla zəngindir. Kalium təzyiqi tənzimləyir, ürək əzələsini qoruyur.
2. Bundan əlavə pomidor lokopin maddəsi ilə də zəngindir. Likopin damarlarda xolesterinin yığılmasının qarşısını alır. Xolesterinin damarların divarlarında toplanmsı damarları daraldır ki, bu da təzyiqin yüksəlməsinə səbəb olur.
Mütəxəssislərin fikrinə görə, yüksək təzyiqdən əziyyət çəkənlər hər gün 1 stəkan pomidor şirəsini içməlidir. Bu onlara hepertoniyanın müalicəsi üçün istifadə olunan dərmanların miqdarını azaltmağa yardım edəcək.
Lakin nəzərə almaq lazımdır ki, mədəaltı vəzi, öd kisəsi, mədə xəstəlikləri zamanı pomidor şirəsini içmək olmaz.
Təbii ki, ev şəraitində hazırlanmış pomidor şirəsi daha faydalı sayıla bilər. Lakin soyuq fəsillərdə dükanlarda satılan pomidor şirələrini də almaq olar.