“The Guardian” açıqladı: İŞİD-in oğurladığı jurnalist hələ də sağdır

İŞİD terrorçuları tərəfindən Suriyada oğurlanmış britaniyalı jurnalist Con Kentli hələ də sağdır.

Yenicag.az  “The Guardian” nəşrinə istinadn xəbər verir ki, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyini bəyanat yayıb.

Britaniya DİN-i jurnalistin harda saxlanılması barədə verilən suallara cavab verməyib.

Qeyd edək ki, “The Sunday Times” qəzetinin fotomüxbiri Con Kentli 2012-ci ilin iyulunda, bölgədə xəbər hazırlayarkən əsir götürülüb.

Eyni zamanda, Kentli ilə birlikdə əsir düşmüş amerikalı jurnalist Ceyms Foulini 2 il sonra edam edildiyi barədə məlumat verilib.

COP29