!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“The Holland Times” Bakı 2015 Avropa oyunlarından yazdı

!Reklam – Yazi

European Games Baku 2015Niderlandın “The Holland Times” qəzetinin mart buraxılışının bir səhifəsi Bakı 2015 Avropa Oyunlarına həsr olunub.

Yenicag.az apa-ya istinadən bildirir ki, qəzetdə “Baku 2015 European Games Hosts Second Diplomatic Briefing” başlıqlı geniş məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, Avropa Oyunları avropalı idmançılar üçün dörd ildən bir keçirilən çoxnövlü idman yarışlarıdır və 8 dekabr 2012-ci il il tarixində Romada Avropa Olimpiya Komitəsi Baş Assambleyasının iclasında təsis edilib:

“İlk Avropa Oyunlarının açılış mərasimi Bakıda iyunun 12-də, bağlanış mərasimi isə iyunun 28-də keçiriləcək. Artıq bir neçə şəhər 2019-cu ildə II Avropa Oyunlarını qəbul etməyə maraq göstərib. Oyunlara hazırlıq işləri cədvələ uyğun gedir. “Bakı-2015” tədbiri üçün nəzərdə tutulan yerlər sırasına “Eurovision 2012”nin keçirildiyi Kristal Palas, yeni Beynəlxalq Üzgüçülük Mərkəzi və 65000 yerlik müasir stadionu əhatə edir”.

Məqalədə həmçinin 19 fevral 2015-ci ildə Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri üçün keçirilmiş ikinci brifinq haqqında məlumat verilir. Qeyd olunur ki, Bakı 2015-in rəhbər şəxsləri ilk Avropa Oyunlarının keçirilməsinə az müddət qaldığı bir zamanda əldə edilmiş nailiyyətlər barədə beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçiriblər. Məqalədə həmçinin 2015 Avropa Oyunlarının rəsmi simvolları barədə ətraflı məlumat verilir.

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv