!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“The New York Times”: “Türkiyə üçün mart sürprizi”

!Reklam – Yazi

turkyABŞ-ın nüfuzlu “New York Times” qəzetində Avropa İttifaqının (Aİ) 2016-cı ildə üzləşdiyi çətinlikləra dair geniş məqalə dərc olunub.

Yeniçağ.Az xəbər verir ki, “New York Times”ın sözügedən məqaləsində Türkiyənin Aİ-yə üzvlük perspektivinə də toxunulub. 2016-cı ilin Aİ liderləri üçün çətin keçdiyini qeyd edən “The New York Times” bu sırada terrorizm, “Brexit”, sağ təmayüllü qüvvələrin güclənməsi və sair məsələləri önə çəkib. Eyni zamanda, qarşıdakı dönəm üçün aktual olan “Rusiyaya qarşı sanksiyalar davam edəcəkmi?, “Aİ-nin ordusu yaradılacaqmı?”, “Türkiyə ilə üzvlük müzakirələri bitdimi?”, “Qaçqınlar məsələsi necə olacaq?” kimi suallara aydınlıq gətirilməsinə çalışılıb.

Təhlildə qeyd olunur ki, bu ilin martında qaçqınlar probleminə dair Türkiyə ilə Aİ arasında əldə olunan razılaşmadan Türkiyənin quruma üzvlük məsələsinin aktuallaşacağı gözlənilsə də, 15 ilyul dövlət çevrilişinə uğursuz cəhd bu prosesi dayandırdı: “Avstriya və Avropa Parlamenti Türkiyə ilə üzvlük müzakirələrələrinin rəsmən dondurulmasını istəyir. Liderlər isə bu çərçivədə hər hansı yekun razılaşmanın əldə olunmayacağı təqdirdə belə, Türkiyə ilə müzakirələrin davam etdirilməsinə yönəlik mövqelərini dəyişməyiblər. O baxımdan, bu məsələnin gələn ilin martından sonra baş tutacağı gözlənilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Aİ-nin yüksək səviyyəli görüşündə müzakirə olunacağı gözlənilir”.

Yeniçağ.Az

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv