“The New York Times”dan SENSASİYA: Prezidentliyə gələcək namizəd o olacaq

Respublikaçıların namizədi olan Donald Tramp Ceyms Devid Vinsi vitse-prezident elan etməklə, əslində, onu növbəti prezident seçkilərində potensial namizəd elan etdi.

O həm də post-Tramp dövründə MAGA (Make America Great Again) (oxu: Donald Tramp prezidentlik yarışında bu şüardan istifadə edir. Tərcüməsi “Amerikanı Yenidən Böyük Etmək” deməkdir – red.) ideyasının əsas davamçısı olmalıdır.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, D. Tramp nə qədər istəsə də, qanunlara əsasən, 4 ildən çox Ağ Evdə qala bilməyəcək. “Bu baxımdan, Ceyms Devid Vins onun yolunu davam etdirəcək şəxsdir. Amerika elitasını 2029-2035-ci ildə Çinlə amansız mübarizə gözləyir. Burada isə Amerikanın siyasəti bu cür olacaq: Rusiyaya qarşı sanksiyaların qismən yumşaldılması və Ukraynanın neytral statusu qarşılığında Rusiyanın Çinlə rəqabətdə neytral qalması.

Bu dövrdə demokratlardan olan və hazırda Kaliforniya ştatının meri vəzifəsində çalışan Gevin Nyusom kimi parlaq gənc namizədlərlə məhz Ceyms Devid Vins mübarizə aparacaq. ABŞ nə yolla olursa olsun, Rusiyanı Çindən ayırmalı olduğunu düşünür”, – deyə qəzet yazıb.

 

Rafi Müslümov

COP29