“Threads” ilk gündə 30 milyon istifadəçiyə çatdı

Bu gün “Meta” tərəfindən istifadəyə verilən və “Twitter”ə rəqib olduğu bildirilən “Threads” platforması 30 milyon istifadəçiyə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Meta”nın sahibi Mark Zükerberq açıqlama verib.

Qeyd edək ki, sözügedən platformaya “Instagram” istifadəçiləri rahatlıqla giriş edə bilirlər. Ekspertlərin fikrincə, “Threads” “Twitter”dən narazı kütləni özünə çəkə biləcək.