Türk Hava Yolları (THY) noyabrın 23-nə olan 38 uçuşunu ləğv edib.
Yenicag.az xəbər verir ki, buna səbəb sabaha proqnozlaşdırılan əlverişsiz hava şəraiti olub.
Belə ki, meteorologiya xidməti sabah İstanbulda şiddətli küləyin əsəcəyini proqnozlaşdırıb.
Bundan sonra isə THY 10-u daxili, 28-i isə xarici olmaqla, 38 uçuşun ləğv edildiyini açıqlayıb.
Qeyd edək ki, İstanbulun Sabiha Gökçen Hava Limanında da sabaha nəzərdə tutulan bəzi səfərlər təxirə salınıb.