THY İstanbul – Bakı – İstanbul uçuşlarını bərpa etdi

Türk Hava Yollarının (THY) ləğv edilmiş İstanbul – Bakı – İstanbul uçuşları bərpa edilib.

Bu barədə Yenicag.az-a THY-dən məlumat verilib.

“Nəzərinizə çatdırmaq istərdik ki, İyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olan İstanbul – Bakı – İstanbul Türk Hava Yolları uçuşları bərpa olunmuşdur. Bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər. Yaranmış olan bu narahatlıq səbəbi ilə Türk Hava Yolları sərnişinlərdən üzrxahlıq edir”, – deyə, məlumatda bildirilib.