THY İstanbul-Gəncə istiqamətində birbaşa uçuşlara başlayacaq

“Türk Hava Yolları” (THY) İstanbul-Gəncə istiqamətində mayın 15-dən etibarən birbaşa aviareyslərə başlayacaq.

Yenicag.az xəbər verir ki, aviareyslər həftədə iki dəfə olmaqla çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək.

Qeyd edək ki, “Türk Hava Yolları” hazırda İstanbil-Bakı, Ankara-Bakı istiqamətində birbaşa aviareyslər həyata keçirir.

Xatırladaq ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir.