Tibb bacısını maşın vurdu – Abşeronda

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü yerli sakin İmanova Gülzar Muxtar qızı yaşadığı ərazidə işdən çıxıb evə gedərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb.Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

G.İmanova Ceyranbatan qəsəbəsinin tibb məntəqəsində tibb bacısı işləyir.

Faktla bağlı araşdırma aparılır.

COP29