Bakıda tibb mərkəzindən pul oğurlayan şəxslər tutulub.
Bu barədə Yenicag.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki tibbi mərkəzlərin birindən 8059 manat pul oğurlamaqda şübhəli bilinən R.Dadaşzadə və Abşeron rayon sakini E.İbrahimov saxlanılıblar.