Tibb mərkəzinə silahlı basqın: 2 ölü, 5 yaralı

Əfqanıstanda tibb mərkəzinə silahlı basqın olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində iki nəfər ölüb, beş nəfər isə yaralanıb. Ölənlər mərkəzin əməkdaşlarıdır.

Terrorçuların hücumunun qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

Hadisə ölkənin Nanqarhar vilayətində baş verib. Terrorçular mərkəzə yerli vaxtla 11:30-da hücum ediblər. Onlarla mübarizə beş saata yaxın davam edib.