Tibb müəssisələri vergini hansı qayda ilə ödəyəcək?

Tibb müəssisələrinin vergi ödəmə qaydalarına dəyişikliklərin edilməsi təklif edilir.

Yenicag.az-ın məlumatına görə, bu təkliflə deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, Azərbaycanda tibb müəssisələri dörd fərqli sistemlə işləyir.

“TƏBİB-in nəzdində fəaliyyət göstərən, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən, ayrı-ayrı dövlət qurumları nəzdində fəaliyyət göstərən tibb müəssisələri və özəl tibb müəssisələri… Bunlar hamısı tibb müəssisələri olsa da onların vergi ödəmə qaydaları tam fərqlidir və ona görə də bunlar arasında vergi ödəmələrdə böyük fərqlər yaranıb. Bu fərqin aradan qaldırılması məsələsinə baxılması məqsədəuyğun ola bilər” – deyə, R.Mahmudov bildirib.