Tibb üzrə Nobel mükafatı təqdim olundu

Bu gün İsveçin paytaxtı Stokholmda 2018-ci il Nobel həftəsi çərçivəsində tibb və fiziologiya üzrə mükafat təqdim olunub.

Yenicag.az-ın məlumatına görə, bu il mükafata amerikalı immunoloq Ceyms Allison və yaponyalı immunoloq Tasuko Honco layiq görülüb.

Onlar xərçəngin müalicəsində yeni immun terapiya üsulunu kəşf etdikləri üçün mükafata layiq görülüb.

Oktyabrın 2-i fizika, oktyabrın 3-ü kimya üzrə Nobel mükafatları təqdim olunacaq.

Qeyd edək ki, ötən il insan bədənində bioloji saatları tənzimləyən mexanizmlər sahəsində etdikləri kəşflərə görə ABŞ alimləri Cefri Hol, Maykl Rosbaş və Maykl Yanq tibb sahəsi üzrə Nobel mükafatına layiq görülmüşdülər.

COP29