Tibb üzrə Nobel mükafatının sahibləri məlum oldu

Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində tibb və fiziologiya üzrə mükafat təqdim olunub.

Yenicag.az-ın məlumatına görə, bu il bu mükafatı amerikalı Uilyam Kelin, Qreqq Sementsa və britaniyalı Piter Retkliff əldə edib.

Onlar insan hüceyrələrinin oksigeni tapması və ona necə uyğunlaşmasını tapdıqları üçün mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 8-i fizika, oktyabrın 9-u kimya, ədəbiyyat (2018 və 2019-cu illər üçün), oktyabrın 11-i sülh və oktyabrın 14-ü iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.

1901-ci ildən bəri bu mükafata 219 elm xadimi layiq görülüb. Bunlardan sadəcə 12-i qadın olub. Mükafat 39 dəfə tək şəxsə verilərkən, 33 mükafat 2 şəxs, 38 mükafat isə 3 şəxs arasında paylaşdırılıb.