Tibb və qeyri-tibb işçilərinə müddətli əlavələr ödənildi

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən sentyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1 220 tibb işçisinə 850 min manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.