Tibbi maska taxmayan nazirlər cərimələndi

Çexiyada hakim Sosial -Demokratik Partiyasının nümayəndələri tibbi maskalar olmadan videokonfrans keçirdikləri üçün hər biri 10 min kron (təxminən 400 ABŞ dolları) cərimə ödəyəcəklər.

Yenicag.az xəbər verir ki, bunu baş nazirin birinci müavini və daxili işlər naziri Yan Qamaçek deyib.

Hökumət tərəfindən elan edilən karantin çərçivəsində evdən kənarda olan bütün vətəndaşların üzlərində tibbi maskalar olmalıdır. Ək təqdirdə polis həmin şəxsləri 10 min krona qədər cərimələyir.

“Bəhanə gətirməyəcəyəm, bu səhv idi, qaydalar hər kəs üçün tətbiq olunur. Buna görə də “Motol” xəstəxanası üçün 10 min kron ianə etdim”-deyə, nazir bildirib.

Öz növbəsində, videokonfransda iştirak edən əmək naziri Yana Malaçova “Twitter”də özünün və həyat yoldaşı xarici işlər nazirinin müavini olan Alyoşa Hmelarjın adından üzr istəyib və artıq “Həyat-90” ictimai təşkilatının hesabına 20 min kron köçürdüyünü bildirib.

Qeyd edək ki, Çexiyada 3 589 nəfər koronavirusa yoluxub, 70 nəfərin vəziyyəti ağırdır. Son məlumata görə, virusdan 39 nəfər ölüb, 61 nəfər sağalıb.

COP29