!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tibbi sığorta ilə bağlı sərəncam – 30 milyon ayrıldı

!Reklam – Yazi

prezident-imza-pl2Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Maliyyə Nazirliyinə pilot layihənin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsinin səhiyyə sahəsində islahatlar üçün nəzərdə tutulmuş 10 milyon manat vəsaitin 10 gün müddətində Agentliyə ayrılmasını təmin etmək, habelə 2017-ci il üçün dövlət büdcəsinin səhiyyə sahəsinə aid olan digər tədbirlər üçün nəzərdə tutulmuş 20 milyon manat vəsaitin dövlət büdcəsi təsdiq olunduqdan sonra 2017-ci ilin yanvar ayı ərzində Agentliyə ayrılmasını təmin etmək tapşırılıb.

 

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv