Çinin qərbindəki Tibet muxtar vilayətində 5.5 gücündə zəlzələ olub.
Yenicag.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti (USGS) xəbər verib.
Zəlzələlər yerli vaxt ilə 22.56-da, Çamdo şəhərindən 226 kilometr aralıda qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat alınmayıb.