Ticarət mərkəzində kişi meyiti tapıldı – FOTOLAR

Ticarət mərkəzinin tualetində kişi meyiti aşkarlanıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kanadanın Kalqari şəhərində baş verib. Qadınlar tualetində divarın arxasında gizlədilmiş cəsədi təmir üçün içəri daxil olan fəhlə tapıb. O, dərhal məsələ ilə bağlı polisə məlumat verib.

Polis onun havalandırma sistemindən çölə çıxmaq istədiyini, bu zaman divarın arasına ilişib qaldığını ehtimal edir. Belə ki, meyitdə heç bir zorakılıq izinə rast gəlinməyib.