Ticarət mərkəzində yanğın – Ankarada

Türkiyənin paytaxtında yerləşən böyük alış-veriş mərkəzlərindən birində yanğın baş verib.

Yenicag.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu dəqiqələrdə alış-veriş mərkəzindəki bütün müştərilər və mağaza sahibləri təxliyə olunub. Hadisə yerinə cəlb olunan yanğınsöndürən briqada alovu söndürməklə məşğuldurlar. Yanğının səbəbi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.

Yenicag.az