Ticarət mərkəzində yanğın baş verdi – Bakıda

yanqin332

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 520 kv.m olan bir dam altında yerləşən 13 ədəd ticarət obyektlərindən vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan mağazanın yanar konstruksiyaları 50 kv.m sahədə yanıb və yüksək temperaturdan bitişik mağazanın lambirdən ibarət tavanı 20 kv.m sahədə əriyib. Digər mağazalar yanğından mühafizə olunub.

Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 5:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.