Ticarət mərkəzinin qarşısında qəza – Ölən və yaralanan var

Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Gecə saatlarında Sədərək ticarət mərkəzinin qarşısında “Mercedes”, “Niva” və “Cherry” markalı 3 avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən 37 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb, 22 yaşlı qız isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(lent)